Bələdiyyələrlə iş mərkəzi Bərdə regional ədliyyə idarəsi ilə birlikdə bələdiyyə üzv və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə seminar keçirmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Bərdə regional ədliyyə idarəsi ilə birlikdə bələdiyyə üzv və qulluqçularının huüuqi maarifləndirlməsi məqsədilə 07 iyun 2022-ci il tarixində Bərdə şəhərində Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Yevlax rayonları üzrə, habelə Mingəçevir bələdiyyəsinin üzv və qulluqçuları ilə  “Yerli büdcə gəlirlərinin artırılması üçün həyata keçiriməli tədbirlər və müvafiq qanunvericiliyin tələbləri”, “Korrupsiya risklərinin azaldılması məqsədilə bələdiyyələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etməklə şəffalığın və hesabatlılığın artırılması”,  “Bələdiyyə əmlakından və büdcəsindən səmərəli istifadə edilməsi, büdcə prosesinin və yerli büdcənin icrasına dair hesabatların qanunauyğunluğunun təmin edilməsi” mövzularında seminar keçirmişdir. Seminarda qeyd olunan mövzular üzrə bələdiyyə üzvü və qullquqçularına ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablarlandırılmışdır.