VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyinin Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanov iyunun 16-da saat 11:00-da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Yevlax rayonunda vətəndaşların qəbulunu keçirəcəkdir.

Vətəndaşlar qəbula yazılması üçün Bərdə regional ədliyyə idarəsinə (əlaqə telefonları: şəhər 02020-5-43-07, mobil: 070-738-17-19, elektron poçt ünvanı: berde_rd@justice.gov.az) müraciət edə bilərlər.

Vətəndaşların qəbulu Yevlax rayon icra və probasiya şöbəsinin inzibati binasında (Yevlax şəhəri, H.B.Zərdabi küçəsi, 1 v) keçiriləcəkdir.