Yevlax rayonunda vətəndaşların qəbulu keçirilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə naziri cənab Fikrət Məmmədovun göstərişi ilə Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanov iyunun 16-da ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Yevlax rayonunda vətəndaşların qəbulunu keçirmişdir. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.