Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən Tərtər rayonu üzrə bələdiyyə üzvləri və qulluqçuları ilə seminar keçirilmişdir

Bərdə regional ədliyyə idarəsi tərəfindən 2022-ci ilin ikinci yarımilində bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə keçirilməsi nəzərdə tutulmuş seminarların qrafikinə uyğun olaraq  17.09.2022-ci il tarixdə idarənin yurisdiksiyasına daxil olan Tərtər rayonu üzrə  bələdiyyə üzvü və qulluqçuları ilə seminar keçirilmişdir. Seminarda "Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri", "Bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti", "Bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası", "Bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticələri", "Maliyyə hesabtlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən “Mühasibat uçotu haqqında” Azərbaycan respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi", "Dövlət əmlkaının bələdiyyələrə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri", "Bələdiyyə üzvü və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri" və "Yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlıq,  bu sahədə həyata keçirilən  tədbirlər və xarici bələdiyyələrlə qarşılıqlı münasibətlərin genişləndirilməsinin zəruriliyi" mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş, seminar iştirakçılarının sualları cavablandırılmışdır.