27 sentyabr - Anım günü ilə bağlı Bərdə regional ədliyyə idarəsində \"açıq qapı\" günləri təşkil ediləcəkdir

27 sentyabr - Anım günü ilə əlaqədar 21.09.2022-ci il tarixdən 27.09.2022-ci il tarixədək Bərdə regional ədliyyə idarəsi tərəfindən şəhid ailə üzvləri, qazilər və müharibə iştirakçıları üçün "açıq qapı", “açıq mikrafon” günləri təşkil edilməklə onlara hüquqi yardım göstəriləcəkdir.

Vətəndaşlar tədbirlərdə iştirak etmək üçün Bərdə regional ədliyyə idarəsinə (ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti, 77; əlaqə telefonları: şəhər 02020-5-43-07, mobil: 070-738-17-19, elektron poçt ünvanı: berde_rd@justice.gov.az) müraciət edə bilərlər.