Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən Ağcabədi şəhərində bələdiyyə üzvləri və qulluqçuları ilə növbəti seminar keçirilmişdir

Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi məqsədi ilə 2022-ci ilin ikinci yarımilinə dair seminarlar qrafikinə uyğun olaraq  08.10.2022-ci il tarixdə idarənin yurisdiksiyasına daxil olan Ağcabədi rayonu üzrə 41 bələdiyyənin üzv və qulluqçuları ilə seminar keçirilmişdir. Seminarda “Bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri” ,”Bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında  kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti”, “Bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası”, Bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticələri və sair  mövzularda çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilmiş, seminar iştirakçılarının sualları cavablandırılmışdır.