Ağdam rayonunda vətəndaşların qəbulu keçirilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə naziri cənab Fikrət Məmmədovun göstərişi ilə Bərdə regional ədliyyə idarəsinin rəisi Fəqan Şabanov oktyabın 12-də ədliyyə, o cümlədən bələdiyyələrin fəaliyyəti ilə bağlı Ağdam rayonunda vətəndaşların qəbulunu keçirmişdir. Qəbul zamanı vətəndaşlar diqqətlə dinlənilmiş, müraciətlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.