Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi ilə bağlı seminarlar keçirilir

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə Bərdə regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq bələdiyyələrdə seminarlar təşkil olunur.

Bununla bağlı regional ədliyyə şöbənin əməkdaşları tərəfindən 06 fevral 2016-cı il tarixdə Bərdə rayonunun Bərdə, Qaradağlı, Türkmən və Əliyanlı bələdiyyələrinin üzvləri və qulluqçuları ilə “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Arxiv işinin təşkili”, “Şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Vətəndaşların müraciətləri haqqında” Qanundan irəli gələn vəzifələr”, “Torpaq qanunverciliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların əhəmiyyəti”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr” mövzularında Bərdə bələdiyyəsində seminar keçirilmişdir.

Növbəti seminranın 27 fevral 2016-ci il tarixdə Bərdə rayonunun Soğanverdilər, Əmirli, Xanərəb və Şahvəlilər bələdiyyələrinin üzvləri və qulluqçuları ilə keçirilməsi nəzərdə tutulur.