Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi davam etdirilir

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə Bərdə regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə 27 fevral 2016-cı il tarixdə Bərdə rayonunun Soğanverdilər, Əmirli, Xanərəb və Şahvəlilər bələdiyyələrinin üzvləri və qulluqçuları ilə “İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu”, “Arxiv işinin təşkili”, “Şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Vətəndaşların müraciətləri haqqında” Qanundan irəli gələn vəzifələr”, “Torpaq qanunverciliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların əhəmiyyəti”, Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr” mövzularında Soğanverdilər bələdiyyəsində seminar keçirilmişdir.

Növbəti seminranın 12 mart 2016-ci il tarixdə Bərdə rayonunun Məmmədli, Nazırlı və Qaratəpə bələdiyyələrinin üzvləri və qulluqçuları ilə keçirilməsi nəzərdə tutulur.