Bərdə regional ədliyyə Şöbəsi bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işini daim diqqət mərkəzində saxlayır

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə Bərdə regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən növbəti dəfə 10 sentyabr 2016-cı il tarixdə Ağdam rayonunun Quzanlı, Alıbəyli, Üçoğlan, Təzəkənd, Qərvənd bələdiyyələrinin üzvləri və qulluqçuları ilə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili (“Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”), bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq, yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularında Quzanlı bələdiyyəsində seminar keçirilmişdir.

Növbəti seminranın 29 sentyabr 2016-ci il tarixdə Ağcabədi rayonunun Muğanlı, Şahsevən, Şahsevən Təzəkənd və Köyük bələdiyyələrinin üzvləri və qulluqçuları ilə keçirilməsi nəzərdə tutulur.