Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə Bərdə regional ədliyyə şöbəsinin yurisdiksiyasına daxil olan bələdiyyələrin üzvləri və qulluqçuları üçün Bərdə şəhərində iki günlük kurs təşkil edilmişdir

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə Bərdə regional ədliyyə şöbəsinin yurisdiksiyasına daxil olan bələdiyyələrin üzvləri və qulluqçuları üçün “Bələdiyyə qulluğu və bələdiyyə qulluqçularının etik davranış məsələləri”, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu”, “Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin tətbiqi və bələdiyyə torpaqlarının idarə edilməsi məsələləri” və “Bələdiyyələrin faəliyyətində şəffalığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması“ mövzularında Bərdə şəhərində 17-18 noyabr 2016-cı il tarixlərdə iki günlük kurs təşkil edilmişdir.

Kursa Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Yevlax rayon və Mingəçevir şəhəri üzrə 53 bələdiyyə üzvü və qulluquçusu cəlb edilmişdir.

18112016-1