Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik işi davam etdilir

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə Bərdə Regional Ədliyyə Şöbəsi, Bələdiyyələrlə Iş Mərkəzi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə 23112016birgə şəhər və qəsəbə bələdiyyələrinin üzvləri və qulluqçuları üçün “Bələdiyyələrin subvensiya layihələrinin hazırlanması” mövzusunda 23 noyabr 2016-cı il tarixdə Bərdə Regional Ədliyyə şöbəsində təlim keçirilmişdir.

Təlimə Ağcabədi, Bərdə, Yevlax, Tərtər, Mingəçevir, Ağdam rayonu Quzanlı və Ağcabədi rayonu Hindarx bələdiyyərinin yerli büdcə, sosial və iqtisadi inkişaf məsələləri daimi komissiyaların sədləri və baş mühasibləri cəlb edilmişdir.