Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi daim diqqət mərkəzindədir.

Ötən ildə olduğu kimi bu ildə bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi işi Bərdə regional ədliyyə şöbəsinin diqqət mərkəzindədir:

Bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi məqsədilə Bərdə regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən 28 yanvar 2017-cı il tarixdə Bərdə rayonunun Otuzikilər, Hacıəhmədli, Hacıbəyli, Mirzəxan Qaraqoyunlu, Kolayır və Gülgəzli bələdiyyələrinin üzvləri və qulluqçuları ilə aşağıdakı mövzularda Otuzikilər bələdiyyəsində seminar keçirilmişdir:

-       Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər;

-       Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili;

-       Bələdiyyələrdə şəffaflığın artırılması və antikorrupsiya tədbirləri,

-       Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi;

-       İnsan hüquqlarının qorunmasında bələdiyyələrin rolu;

-       Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri;

-       Bələdiyyə qulluğuna qəbulun müsabiqə yolu ilə keçirilməsi.

Növbəti seminranın 11 fevral 2017-ci il tarixdə Bərdə rayonunun Kətəlparaq bələdiyyəsində Kətəlparaq, Piyadalar və Şirvanlı bələdiyyələrinin üzvləri və qulluqçuları ilə keçirilməsi nəzərdə tutulur.