Gənclər Günü Bərdə regional ədliyyə idarəsində qeyd olunub.

2 Fevral - Gənclər Günü münasibəti ilə Bərdə regional ədliyyə idarəsində yurisdiksiyaya daxil olan yerli ədliyyə qurumlarının gənc əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyi, müasir Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçildiyi, hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən yarısını gənclər təşkil etdiyi və onların ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyi qeyd olunmuşdur. İdarənin rəhbərliyi tərəfindən gənc ədliyyə işçilərinə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını ölkəmizin inkişafı naminə səfərbər etmələri, ictimai maraq doğuran məsələlərdə hər zaman dövlətçilik mövqeyindən çıxış etmələri, vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyələr verilmişdir.