Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi işi davam etdirilir.

Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi işi davam etdirilir. Bu məqsəd ilə Bələdiyələrlə iş Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birgə İdarənin yurisdiksiyasına daxil olan bələdiyyələrin sədrləri və mühasibləri ilə 16 fevral 2018-ci il tarixdə Bərdə şəhərində “Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi” mövzusunda təlim keçirilmişdir. Həmçinin, təlimdə “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” kitabının təqdimatı keçirilərək, iştirakçıları paylanılmışdır.