Ağcabədi bələdiyyəsində seminar keçirilmişdir.

Bərdə regional ədliyyə idarəsi tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik köməklik göstərilməsi işi davam etdirilir. Bu məqsədlə idarənin əməkdaşları 07.04.2018-ci il tarixdə Ağcabədi rayonunun Ağcabədi bələdiyyəsində Ağabəyli, Aşağı Avşar və Cəfərbəyli bələdiyyələrinin üzvləri və qulluqçuları ilə “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xususiyyətləri” və “Nağdsız hesablaşmalar və onların məqsədi” mövzularında seminar keçirilmişdir. Seminarda qeyd olunan mövzularla yanaşı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı aşkar edilmiş xarakterik nöqsanlar və qanun pozuntularından bəhs edilməklə, bələdiyyə üzvləri və qulluqçularına bu kimi nöqsan və qanun pozuntularına yol verilməməsi ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Növbəti seminarın 21.04.2018-ci il tarixdə Ağcabədi rayonunun Hüsülü bələdiyyəsində Hindarx, Şərəfxanlı, Taynaq, İmamqulubəyli, Qaraxanlı və Hacılar bələdiyyələrinin üzvləri və qulluqçuları ilə keçirilməsi nəzərdə tutulur.