Bələdiyyələrin maarifləndirilməsi tədbirləri davam etdirilir

Qaradəmirçi və Mehdili bələdiyyələrinin üzvləri və qulluqçuları ilə növbəti seminar keçirilmişdir. Seminarda “Yerli özünüidarəetmədə etik davranış”, “Bələdiyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi” “Yerli vergi borcunun ödənilmə qaydası”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzuları üzrə  məruzələr edilərək qeyd olunan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin hüquq və vəzifələri geniş izah olunmuş, habelə seminar iştirakçılarını maraqlandıran məsələlər üzrə suallar cavablandırılmışdır.

Növbəti seminarın 22.09.2018-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd, Avşar, Aşağı Avşar və Salmanbəyli bələdiyyələrinin üzvləri və qulluqçuları ilə keçirilməsi nəzərdə tutulur.