Azərbaycan ədliyyəsi-100

Azərbaycan ədliyyəsinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı 
Ədliyyə Nazirliyi Kolegiyasının 26.01.2018-ci il tarixli qərarı ilə 
təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Bərdə regional ədliyyə 
idarəsi tərəfindən müvafiq tədbbirlər davam etdirilir.
Belə ki, Bərdə regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən rayon 
Qeydiyyat şöbəsinin əməkdaşı ilə birlikdə 08.10.2018-ci il tarixdə Bərdə 
rayon H.Zeynalov adına Gərənə kənd tam orta məktəbin yuxarı sinif 
şagirdləri üçün ədliyyə tarixinə həsr olunmuş açıq dərs təşkil edilmiş, 
habelə elektron xidmətlərin təqdimatı keçirilmişdir.